27 Dekabr 2024
Ölkə futbolu

AFFA “Xəzər Lənkəran” və “Neftçi”ni cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasının on dördüncü turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – AZAL oyunun 33-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XIV turunun “Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat  konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının  XIV turunun “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 4, “İnter” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

Oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun futbolçusu Denis Silva Kruzun “İnter” klubunun futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyunluq cəzalanıb, klub 3000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43