23 Dekabr 2024
Ölkə futbolu

Kamran Ağayev: “İnanmıram ki, sabahkı oyun penaltilərə qədər qalsın”

“Qəbələ”nin qapıçısı Kamran Ağayev “Neftçi”ylə final oyununda üz-üzə gələcəkləri kubok matçı haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun çərçivə qorucusu sabahkı oyunla bağlı bunları deyib:

“İnanmıram ki, sabahkı oyun penaltilərə qədər qalsın. Final oyunu həmişə ağır olur. Biz istəyirik ki, sabahkı oyunda kuboku qazanaq. 

Finala çıxan komanda zəif olmur. Meydanda mübarizə aparmaq lazımdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43