Volkan Dəmirəl millidən kənarlaşdırıla bilər.
İdmanxeber.com-un məlumatına görə, AVRO – 2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Türkiyə – Qazaxıstan oyunu öncəsi azarkeşlər tərəfindən təhqir edilən Volkan Dəmirəl stadionu tərk edib. Qolkiperin Türkiyə Futbol Federasiyası tərəfindən iki aydan bir ilə kimi yığma komandadan kanarlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə – Qazaxıstan matçı 3:1 hesabı ilə başa çatmışdı.