08 İyun 2026
Kateqoriyasız

“Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir

Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Xəzər Lənkəram” artıq bir neçə gündür ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinasən yaydığı xəbərə görə, hazırda Ruslan Cəfərov istisna olmaqla heyətdə zədəli futbolçu yoxdur. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir.

Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək “Xəzər Lənkəran” daha sonra oyun saatını gözləyəcək.

Xatırladaq ki,  “ Xəzər Lənkəran”- “ Sumqayıt” matçı aprelin 1-i saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43