Azərbaycan kubokunun final matçının keçiriləcəyi yer müəyyənləşməyib.
İdmanxeber.com-un məlumatına görə, həlledici oyunun keçirilməsi üçün 2 variant var. Belə ki, final matçı ya Qəbələdə, ya da Lənkəranda baş tuta bilər.
Cənubda final oyununun keçirilməsi “Neftçi”dən asılıdı. Əgər Paytaxt klubu finala yüksələ bilməsə final oyunu Lənkəranda keçiriləcək. Əks təqdirdə qarşılaşmanın Qəbələdə keçirilmə ehtimalı yüksəkdi. Lənkəranlı azarkeşlərin “Neftçi”ni sevməməsi PFL-i də seçim qarşısında qoyub.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında final matçının keçiriləcəyi məkanın hələ müəyyənləşmədiyini bildirib:
“Hələ final oyununun keçiriləcəyi yer bilinmir. Finalçılar müəyyənləşsin, sonra…”
Qeyd edək ki, final matçı iyunun 3-də keçiriləcək. Həlledici görüşün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməməsinə səbəb həmin vaxt ölkəmizdə Avropa oyunlarının keçirilməsidir.

