11 İyul 2026
Kateqoriyasız

AFFA-dan hakimi təhqir edən baş məşqçiyə sərt cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Suşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov cəzalanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan birinci divizionunun 26-cı turunda “Qaradağ Lökbatan”la matçda hakimlər briqadasın təhqir etdiyinə görə baş məşqçi beş oyun cəzalanıb, klub 500 manat cərimə olunub.

Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görülməsi qərara alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43