Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində sabah “Barselona” ilə qarşılaşacaq “Bavariya”nın qapıçısı Manuel Noyerdən iddialı açıqlamalar gəlib.
İdmanxeber.com-un məlumatına görə, almaniyalı qolkiper Kataloniya təmsilçisinin hücumçusu Lionel Messiyə meydan oxuyub. Qolkiper “Barselona”ya meydanda kimin daha güclü olduğunu sübut edəcəklərini deyib:
“Messinin uğurlarına hörmət edirəm. Ancaq biz meydanda kimin daha güclü olduğunu göstərəcəyik. Almaniya millisi ilə dünya çempionatının finalında Argentinaya qarşı matçda yaxşı çalışaraq onlardan üstün olduğumuzu sübut etmişdik”.

