11 İyul 2026
Kateqoriyasız

“Yarpaq tökümü” davam edir: Daha bir futbolçu “Simurq”dan getdi

Maliyyə problemlərindən heç cür yaxa qurtara bilməyən “Simurq”u daha bir futbolçusu tərk edib.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə Zaqatala təmsilçisindən ayrılan legioner futbolçu olub. Belə ki, komandanın aparıcı üzvlərindən olan Marko Stanoyeviç artıq klubu tərk edib.

Serbiyalı yarımmüdafiəçi artıq vətənindədir.

Qeyd edək ki, buna qədər Benjamin Lambot, Əli Gökdəmir, Patrik Osiako, Stepan Polyak və Cihan Özkara da “Simurq”la yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43