10 İyul 2026
Kateqoriyasız

“Bavariya” Kataloniyada çökdü (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, İspaniyada "Barselona" Almaniya nəhəngi "Bavariya"nı sınağa çəkib.

İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında 3 qol vurulub. Messinin dubl etdiyi matçda Neymar bir dəfə fərqlənməklə "Barselona"ya böyükhesbalı qələbə qazandırıb.

6 may

Çempionlar Liqası, yarımfinalın ilk oyunları

23:45."Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) – 3:0
Qollar:
 Messi, 77 (1:0), 80 (2:0), Neymar, 90+4 (3:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43