“Mançester Yunayted” klubuna məxsus olan Nani karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, ötən mövsümü icarə əsasında “Sportinq” klubunda keçirən yarımmüdafiəçini “İnter” heyətinə qatmağa hazırlaşır.
Baş məşqçi Roberto Mançinin istəyiylə milanlılar portuqaliyalı futbolçunun keçidini yaxın günlərdə reallaşdırmaq istəyir.
Qeyd edək ki, geridə qalan mövsüm Portuqaliya tıəmsilçisində 27 oyun keçirən futbolçu rəqib qapılarına 7 dəfə yol tapıb.