18 Oktyabr 2024
İdman

Azərbaycanlı idmançılar mübarizəyə qoşulur – PROQRAM

Bu gün birinci Avropa Oyunlarının 2-ci günündə bir sıra Azərbaycan idmançısı yarışlara qoşulacaq. Onlar müxtəlif idman növlərində mübarizə aparacaqlar. Şənbə günü yarışlarda mübarizə aparacaq Azərbaycan idmançıları və oyunların vaxtı:  

Karate: 75 kq kumite, 12:36

Karate üzrə dördqat dünya və doqquzqat dünya çempionu Rafel Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanmaq üçün Kristal Zal 2-də mübarizəyə başlayacaq.

“Karatenin Maradonası” kimi tanınan idmançı birillik zədədən qayıtdıqdan sonra 2015-ci ildə İstanbulda Avropa çempionatında titul qazanıb və doğma azarkeşlər onun yenidən qızıl medal qazanacağını gözləyirlər.

Güləş: Yunan-roma 71 kq, 11:03

Rəsul Çunayev 2013-cü ildə Kazanda keçirilən Universiadada qalib gələrkən etdiyi rəqsi təkrarlamaq fikrindədir. Onun yüngül və zirək ayaq zərbələri nəticəsində qazandığı qələbə YouTube-da izləmə rekordları qırıb; Çunayev həmin qələbəni özünün ən yaddaqalan çıxışı kimi təsvir edib.

Eks Avropa çempionu yarışda güclü rəqibləri ilə qarşılaşacaq, lakin o, azərbaycanlı azarkeşlərin böyük dəstəyini hiss edəcək.

Dağ velosipedi, 15:30

Orxan Məmmədov qədim Azərbaycan atalar sözünün ona şənbə günü Veloparkda keçiriləcək dağ velosipedi yarışında uğur qazanmaqda kömək edəcəyinə inanır .

Atalar sözünə görə yuxuda görülənin əksi baş verir. Məmmədov isə yuxuda sonuncu olacağını görüb.

Stolüstü tennis, 09:30

Qadınlar arasında ən reytinqli azərbaycanlı oyunçu Məryəm İmanovanın öndərlik etdiyi Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası şənbə günü səhər saatlarında keçiriləcək ilk mərhələ yarışlarında Fransa qarşısında əlindən gələni etməyə çalışacaq.

Voleybol, 16:30

Dünya reytinqində 29-cu olan Azərbaycanın qadınlardan ibarət komandası A Qrupunun Kristal Zal 1-də keçirilən açılış matçında dünya reytinqində 37-ci olan Rumıniyaya qarşı imkanlarını nümayiş etdirəcək.

Azərbaycan komandası son bir neçə ildə əhəmiyyətli dərəcədə inkişaf edib və 2014-cü ildəki uğurdan sonra dünya reytinqində səkkiz pillə irəliləyib. Belə ki, həmin il keçirilən dünya çempionatında onlar 15-ci yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43