"Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlar davam edir.
İdmanxeber.com-un məlumatına görə, bu gün 4 güləşçimiz 53, 58, 63 və 75 kq çəki dərəcələrində yarışacaqlar.
Sərbəst güləş, qadınlar
16 iyun
53 kq
Bu çəkidə idmançımız Anjela Doroqan 1/8 final mərhələsində Türkiyə təmsilçisi ilə üzləşib. Çətinlik çəkmədən qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib. Bu mərhələdə də təmiz qələbə qazanan idmançımız yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Moldova təmsilçisinə qalib gələn idmançımız finala yüksəlib. Final görüşündə çətin qələbə qazanan idmançımız qızıl medalın sahibi olub.
58 kq
Bu çəkidə təmsilçimiz İrina Netreba 1/8 finalda italiyalı Karola Rainero ilə qarşılaşıb. Rəqibinə şans verməyən idmançımız qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. 1/4 finalda Bolqarıstan təmsilçisi ilə qarşılaşan İrina yarımfinala çıxıb. Yarımfinalda məğlub olan idmançımız bürünc medallar uğrunda mübarizə aparıb. Son görüşdə məğlub olan idmançımız medalsız qalıb.
63 kq
Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Elmira Qəmbərova 1/8 final mərhələsindən yarışa qoşulub və ilk görüşdəcə İsveç idmançısına məğlub olaraq mübarizəni dayandırıb.
68 kq
Bu çəkidə mübarizə aparan təmsilçimiz mübarizəyə 1/8 final mərhələsində başlayıb. İlk görüşdə ukraynalı idmançı ilə qarşılaşan Gözəl Zutova məğlub olaraq mübarizəni dayandırıb.