Boks millimiz ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatın görə, +91 kq çəki dərəcəsində yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən Məhəmmədrəsul Məcidov Avropa Oyunlarında çıxışını başa vurub.
Buna səbəb onun 1/4 finalda Türkiyə təmsilçisi Əli Dəmirəzənə 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qaşından ciddi zədə almasıdı.
Həkimlər Məcidovun sabah rusiyalı Qasan Qimbatovla yarımfinal döyüşünə çıxmasına icazə verməyib.