Ötən gün Avropa Liqasının I təsnifat mərhələsinin Tiflisdə keçirilən “Dinamo” – “Qəbələ” oyunundan sonra qalmaqal yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, “Dinamo” azarkeşləri “Qəbələ”nin Tiflisə gedən tərəfdarlarına hücum ediblər. Gürcülər həmyerlilərimizdən “Qəbələ”nin bayrağını və atrinutlarını zorla alıblar. Hadisə yerində olan azarkeşlərdən biri stadium.az-ın əməkdaşına bildirib ki, gürcülər bunu “Neftçi” – “Çixura” oyununda Bakıda gürcü azarkeşlərin sıxışdırılmasın aetiraz əlaməti olaraq etdiklərini bildiriblər. Onlar Azərbaycan və “Qəbələ”nin bayrağını həmyerlilərimizdən zorla alaraq, tərsinə şəkillər çəkdirərək dövlətimizin milli atributunu təhqir etməkdən də çəkinməyiblər. (stadium.az)

