Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” Lənkərana itkilərlə yollanacaq.
İdmanxeber.com-un məlumatına görə, zədədən əziyyət çəkən müdafiəçi Məqsəd İsayev, yarımmüdafiəçi Kamran Nəcəfzadə və hücumçu Məhəmməd Qurbanov yenə komandaya kömək edə bilməyəcəklər.
Yeni transfer Nikolas Kanalesin də “Fırtınalar meydanı”nda meydana çıxacaqı inandırıcı görünmür.
Qeyd edək ki, martın 2-də keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.

