Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Bakı sanki yeni Dubaydır. Burada hər dəfə yeni nəsə tikilir. Bakını dünyanın ən gözəl şəhərlərindən biri hesab etmək olar. Burada çox şey görmüşəm. Bakıda Avropa şəhərlərində olan hər cür şərait – ən yaxşı restoranlar, məktəblər və məhkəmələr var”.
O, qızının Bakıda beynəlxalq tələblərə cavab verən məktəbdə oxuduğunu bildirib:
“Biz yeni evimizdə xoşbəxtik. Mən və ailəm Azərbaycanda yaşamaqdan məmnunuq. Tez-tez həyat yoldaşım evdə tək qalır. Buna görə də bir az çətinlik çəkir. Dostların yanında olanda özünü yaxşı hiss edir. Azərbaycanda bir neçə dostumuz var ki, bu da müsbət haldır”.