Dünyadan

Ronaldo üzr istədi

Kriştianu Ronaldo komanda yoldaşlarından “Atletiko” (Madrid) ilə oyundan sonra etdiyi tənqidə görə üzr istəyib.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı ulduz futbolçu məşqə komanda yoldaşlarını bir araya yığaraq qəbul edib ki, səhv hərəkət edib və dediklərini komanda yoldaşlarını qıcıqlandırmaq üçün nəzərdə tutmayıb.

Xatırladaq ki, Ronaldo “Atletiko” məğlubiyyətindən sonra jurnalistlərə açıqlamasında bunları deyib: “Əgər bütün komanda yoldaşlarının mənim səviyyəmdə olsa idi, “Real” birinci olardı”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43