Milli komanda

“Bakı yeni Dubaydır” – Prosineçki

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:

“Bakı sanki yeni Dubaydır. Burada hər dəfə yeni nəsə tikilir. Bakını dünyanın ən gözəl şəhərlərindən biri hesab etmək olar. Burada çox şey görmüşəm. Bakıda  Avropa şəhərlərində olan hər cür şərait – ən yaxşı restoranlar, məktəblər və məhkəmələr var”.

O, qızının Bakıda beynəlxalq tələblərə cavab verən məktəbdə oxuduğunu bildirib:

“Biz yeni evimizdə xoşbəxtik. Mən və ailəm Azərbaycanda yaşamaqdan məmnunuq. Tez-tez həyat yoldaşım evdə tək qalır. Buna görə də bir az çətinlik çəkir. Dostların yanında olanda özünü yaxşı hiss edir. Azərbaycanda bir neçə dostumuz var ki, bu da müsbət haldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43