22 İyun 2026
Kateqoriyasız

Elmir Vəliyev “Kəpəz” futbolçuları ilə görüşdü

“Kəpəz” PFK-nın Müşahidə Şurasının (MŞ) sədri Elmir Vəliyev və qurumun üzvü  Mikayıl Nərimanoğlu AZAL-la oyunun hazırlığını Bakıda davam etdirən komandanın düşərgəsində olub.

Klub rəhbərliyi “sarı-göylər”in məşq prosesini izləyib, məşqçilər korpusu və futbolçularla görüşüb.

Elmir Vəliyev komanda üzvlərini sonuncu turda “Zirə” üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib. MŞ-nın sədri “Kəpəz”in çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla Avropa Liqasına vəsiqə əldə etməyə yaxınlaşdığını bildirib. Vəliyev bu yolda kluba uğurlar arzulayıb.

Mikayıl Nərimanoğlu isə qazanılan qələbələrdə azarkeşlərin rolundan danışaraq komandaya fanatlar tərəfindən göstərilən böyük dəstəkdən bəhs edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43