Premyer Liqanın 2015-2016 mövsümünü 4-cü pillədə başa vuran Bakının “İnter” klubu 5 futbolçusu ilə müqaviləni yeniləyib.
İdmanxeber.com-un məlumatına görə, bunlar komandanın kapitanı Nizami Hacıyev, yarımmüdafiəçi Mirhüseyn Seyidov və Aqşin Quluzadə, müdafiəçi Sertan Taşkın və qapıçı Şahin Zəkiyevdir.
Paytaxt komandasıNizami ilə 1, Taşkın və Mirhüseynlə 2, Aqşin və Şahinlə isə 3 illik müqavilə imzalanıb.

