“DÇ-2018″in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu dəfə Sent-Etyen şəhərinə üz tutub.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis adı çəkilən şəhərdə “Avro-2016″nın D qrupunda keçirilən Çexiya – Xorvatiya oyununu stadiondan canlı izləyib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, millimiz “DÇ-2018″in seçmə mərhələsində Çexiya yığması ilə bu il oktyabrın 11-də səfərdə qarşılaşacaq, 2017-ci il oktyabrın 5-də isə ev oyunu keçirəcək.