22 Oktyabr 2024
Kateqoriyasız

Dani Kintana – “Düdelanj” güclü rəqibdi”

“Qarabağ”ın futbolçusu Dani Kintana hazırda Avstriyada davam edən təlim-məşq toplanışını dəyərləndirib. 

İdmanxeber.com-un məlumatına görə, Dani klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:

“Məşqlərimiz ağır keçir,  20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi.  Bütün fikrimizlə məşqlərə köklənmişik . Daha çox fiziki və toplu çalışmalara üstünlük veririk və bir neçə yoxlama matçlarımız da var. Hər şey normal gedir.  Növbəti mövsümün hazırlığı üçün bu təlim-məşq toplanışını normal saymaq olar.

Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” komandasıyla qarşılaşacağıq. Düzünü desəm, rəqib haqda məlumatım yoxdur. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdir.

Əminliklə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Onlar həm ölkə çempionatının, həm də kubokun qalibidirsə, deməli, güclü rəqibdir. Bizim üçün çox çətin mərhələ olacaq, necə ki, keçən il bunu Monteneqro təmsilçisi “Rudar”la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43