Azərbaycan milli komandasının məşqçiləri Elxan Abdullayev və Mahmud Qurbanov, müvafiq olaraq, “Qəbələ” və “Kəpəz” klublarının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə keçirəcəkləri oyunları izləyəcəklər.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” bu mərhələdə Macarıstanın MTK, “Kəpəz” isə Avstriyanın “Admira” komandası ilə qarşılaşacaq.
Hər iki təmsilçimiz ikinci təsnifat mərhələsində ilk oyununu iyulun 14-də keçirəcək.

