“Qəbələ”nin sabiq futbolçusu Dodo Braziliyanın Seriya B komandası olan “Joinville”də forma geyinir.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin keçmiş kapitanı yerli mətbuata açıqlama verib:
“Karyeramın uzun illərini Braziliyadan kənarda keçirmişəm. Ona görə də bura gələndə birinci çətin oldu. Adaptasiya problemi yaşadım. İndi hər şey dəyişib. Mən “Joinville”də hər həftə daha da inkişaf edirəm. Öz mövqeyim üçün meydanda döyüşməyə hazıram. Legioner həyatımda da potensialımın maksimumun göstərmişdim”.

