Dünən Almaniya 3-cü diviziyasında 5-ci turun oyunları start götürüb.
İdmanxeber.com-un məlumatına görə, millinin futbolçusu Tuğrul Eratın komandası “Duysburq” səfərdə “Maqdeburq”a qonaq olub.
Görüş 1:2 hesabı ilə “Duysburq”un xeyrinə bitib.
Qələbə qolunu 40-cı dəqiqədə həmyerlimiz Erat vurub.
Qeyd edək ki, 5 oyundan topladığı 11 xalla “Duysburq” çempionata liderlik edir.

