Yunanıstan Superliqasında 2016/17 mövsümünə start verilib.
İdmanxeber.com-un məlumatına görə, klubların boykotu səbəbindən ilk 2 turu təxirə salınan birincilik nəhayət başlayıb.
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK ilk oyununu keçirib və mövsümə 3 xalla girib.
Saloniki təmsilçisi evdə “Panetolikos”u məğlub edib – 2:1.
Yunanıstan Superliqası
III tur
11 sentyabr
PAOK – “Panetolikos” – 2:1
Qollar: Bisesvar, 2. Rodriqes, 27 – Varda, 90+1.

