Bu axşam UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində təmsilçimiz "Qarabağ" səfərdə Moldova "Şerif"inin qonağı olacaq.
İdmanxeber.com-un məlumatına görə, daha əvvəl heç bir klubumuzun adlaya bilmədiyi bu mərhələni aşmaq, ən azı Avropa Liqasının qrup mərhələsini təmin etmək deməkdi. "Köhlən adlar" 3 dəfə pley-off turunun bir addımlığında olsa da, heç bir halda uğur qazana bilməyib. Məhz bu səbəbdən axşamkı qarşılaşmanı Azərbaycan futbolu üçün tarixi matç hesab etmək olar. Bakıda keçirilən ilk görüşdə qapılara vurulmayıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) 1:2
Qol: Ndlovu, 45+3
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. “Şerif” stadionu

