Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”la keçiriləcək oyunun hazırlığına dünən start verən “Neftçi” bu günün səhər məşqini başa vurub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda klubun bazasındakı meydançada məşq edib.
Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq. Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçir.

