10 İyul 2026
Ölkə futbolu

“Qarabağ”a azarkeşlərinə görə cərimə verdilər

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının üçüncü turunun “Neftçi” – “Kəpəz” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının üçüncü turunun  “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “İnter”in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının üçüncü turunun  “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43