10 İyul 2026
Ölkə futbolu

“Neftçi” “Sumqayıt”la oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”la keçiriləcək oyunun hazırlığına dünən start verən “Neftçi”  bu günün səhər məşqini başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda klubun bazasındakı meydançada məşq edib.

Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq. Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43