2016/2017 mövsümündə avrokuboklarda vurulan ən yaxşı qolun müəllifi məlum olub.
İdmanxeber.com-un məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə əsasən, "Yuventus"un hücumçusu Mario Mandzukiçin Çempionlar Liqasının finalında "Real"a vurduğu qol ən çox səs (26 faiz) səs toplayıb.
"Fənərbaxça"nın futbolçusu Mussa Sounun "Mançester Yunayted"ə vurduğu qol ikinci (25 faiz), "Real"ın oyunçusu Kasemironun "Napoli"yə vurduğu qol üçüncü (20 faiz) olub.
https://www.youtube.com/watch?v=-Fb0g6J1fEs

