İngiltərə nəhəngi, UEFA Çempionlar Liqasının C qrupunda təmsilçimiz "Qarabağ"ın da rəqibi olan "Çelsi" heyətini gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, "zadəganlar" hazırda klubun uğurları üçün tər tökən Eden Azarın qardaşı Kilian Azarı sıralarına cəlb edib. Son olaraq Macarıstanın "Uypest" kollektivində top qovan 22 yaşlı gənc oyunçu 2015-ci ildən çıxış etdiyi sabiq klubunun heyətində 42 dəfə meydana çıxıb.

