“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri BATE-ni iki oyunun nəticəsində məğlub edə bilsə o zaman səpələnməmişlər səbətində yer alacaq.
Bu zaman Ağdam təmsilçisi aşağıdakı rəqiblərin biri ilə qarşılaşacvaq:
PSV (Hollandiya)
“Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya) – cütünün qalibi
“Seltik” (Şotlandiya) – AEK (“Yunanıstan) – cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – cütünün qalibi
Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

