Millətlər Liqasında ilk turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, bu gün Millətlər Liqasında Azərbaycan Kosovonu qəbul edib. Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçına çıxan yığmamız oyundan bir xalla ayrılıb. Qarşılıqlı hücumlarla keçən görüşdə hesab açılmayıb.
Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 10-u Malta komandası ilə keçirəcək.
Millətlər Liqası, D qrupu
III qrup, I tur
7 sentyabr
20:00. Azərbaycan – Kosovo 0:0
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland (Norveç)
Bakı Olimpiya Stadionu

