10 İyul 2026
Ölkə futbolu

Slavko Braliç: “İkinci sarı vərəqə aldığım epizodda heçnə yox idi”

Topaz Premyer Liqasının 7-ci turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edən “Neftçi” komandasının oyunçusu Slavko Braliç oyundan sonra jurnalistlərə açıqlama verib. O, rəqiblərinin yalnız “Qarabağ” olmadığını bildirib:

“Çempionluqda tək rəqibimizin “Qarabağ” olduğunu düşünsək doğru olmaz. Hər oyun fərqli komnadalara qarşı oynayırıq”.

Xorvatiyalı futbolçu oyunda qırmızı almasına da  münasibət bildirib:

“Oyun təcrübəm azdır. Davamlı oynasam düzələr. Məncə, ikinci sarı vərəqəni aldığım epizodda heç bir şey yox idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43