10 İyul 2026
Ölkə futbolu

Qoran Paratski: “Liderliyimizi qorumalıyıq”

“Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski klubun rəsmi saytına müsahibə verib.

– Oyun haqda nə deyə bilərsiz?
– Asan olmadı. Xüsusilə komandamız azlıqda qalandan sonra çox çətin oldu.

– Erkən qoldan sonra qələbənin böyükhesablı olacağını təxmin etmək olardı?
– Deməzdim. Qarşımızda yaxşı bir rəqib var idi. Başa düşürdük ki, ikinci qolu vurmaq lazımdır. Məhz ondan sonra, demək olar, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik.

– Oyun ərzində ən çətin məqam hansı oldu?
– Dediyim kimi, birnici qoldan sonra oyuna nəzarəti saxlamaq. İkinci qolu vurmaq üçün imkanlarımız olsa belə, birinci hissədə bunlardan yararlana bilmədik.

– Mövsümdə ikinci qola imza atdız…
– Bəli, bu qolum birincidən fərqli olaraq o qədər effektli alınmadı, amma effektiv oldu. Qol vurduğum üçün şadam. Amma əsas odur ki, bu gün nə qədər güclü olduğumuzu göstərdik. Azlıqda qalsaq da, hesabı qoruyub saxlaya bildik.

– İlk dövrədən sonra komanda birinci yerdədi. Sizcə, liderliyi necə qorumalıyıq?
– Hər oyuna köklənib, hazır olmalıyıq. Zirvədə olmaq nə qədər sevindiricidirsə, o qədər də çətin və məsuliyyətlidir. Hər matçda yaxşı oyun göstərib, azarkeşlərimizin də dəstəyi ilə liderliyimizi qorumalıyıq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43