Topaz Premyer Liqasının 7-ci turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edən “Neftçi” komandasının oyunçusu Slavko Braliç oyundan sonra jurnalistlərə açıqlama verib. O, rəqiblərinin yalnız “Qarabağ” olmadığını bildirib:
“Çempionluqda tək rəqibimizin “Qarabağ” olduğunu düşünsək doğru olmaz. Hər oyun fərqli komnadalara qarşı oynayırıq”.
Xorvatiyalı futbolçu oyunda qırmızı almasına da münasibət bildirib:
“Oyun təcrübəm azdır. Davamlı oynasam düzələr. Məncə, ikinci sarı vərəqəni aldığım epizodda heç bir şey yox idi”.

