“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçimiz UEFA Millətlər Liqasının sonuncu – VI turunun iştirakçısı olub. O, D liqasının III qrupunda keçirilən Kosovo – Azərbaycan matçında (4:0) meydana çıxıb.
Start heyətində yer alan Xəlilzadə oyunu əvəzolunmadan keçirib. Müdafiəçi bu qarşılaşmada sarı vərəqə alıb.
Xatırladaq ki, bu görüş Təmkinin millidə 10-cu oyunu olub. Onun hesabında 1 qol var.