İspaniya mətbuatının verdiyi məlumata görə, “Atletik”in sabiq futbolçusu Yon Aurteneçe Azərbaycanda oynamaqdan imtina edib. Adı açıqlanmayan Premyer Liqa klublarımızdan biri 26 yaşlı futbolçunu trasfer etmək istəsə də, oyunçu bu təklifi geri çevirib.
U-21 İspaniya millisinin sabiq üzvü daha öncə “Tenerife”, “Selta” və “Mirandes” kimi klublarda oynayıb. Futbolçu hazırda İspaniyada III Liqa təmsilçisi “Amorebeyta”da çıxış edir.