AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Slovakiya millisi Bakıya ciddi itki ilə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”nın sabiq üzvü, hazırda isə Praqa “Slaviya”sının şərəfini qoruyan Mrisolav Stox virusa yoluxduğu üçün son anda heyətdən çıxarılıb. Baş məşqçisi Paval Hapal digər oyunçuların da virusa yoluxmaması üçün bu addımı atdıqlarını bildirib.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.