“Qarabağ”dan ayrılan braziliyalı hücumçu Reynaldonun yeni klubu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcəm. Reynaldo Silva Premyer Liqa təmsilçisi “İrtış”la müqavilə bağlayıb. Klub saytı müqavilənin detalları barədə məlumat verməyib.
Braziliyalı oyunçu ötən mövsüm “Qarabağ”da 7 oyuna 1 qol vurub.
Reynaldo daha öncə Qazaxıstanda “Aktobe” klubunda çıxış edib.