Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Sabah” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.
İdmanxeber.az-ın məlumatına görə, Elşad Əhmədovun komandası avqustun 6-na kimi Bolu şəhərində hazırlıq keçəcək. Bakılılar bu müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Sabah” ölkə daxilindəki toplanış çərçivəsində 2 yoxlama görüşü keçirib, “Zirə” (5:3) və “Sumqayıt”a (2:0) qalib gəlib.