Bu gün Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, IV tura 2 oyunla start verilib.
İlk oyun günündə iki görüş keçirilib. Açılış matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib. 3 qolun qeydə alındığı matçda qonaqlar qələbəyə sevinib.
Günün digər oyununda isə “Qəbələ” “Sabah”ın qonağı olub. Heyətini gücləndirən paytaxt klubu yarımcan “Qəbələ”ylə bacarmayıb – 0:1.
Turun daha iki qarşılaşması isə sabah keçirilləcək.
Azərbaycan Premyer Liqası
14 sentyabr (şənbə)
20:00. “Sabah” – “Qəbələ” – 0:1
Qol: Roman Hüseynov, 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
“Bank Respublika Arena”
18:00. “Sumqayıt” – “Zirə” – 1:2
Qollar: Xulio Sezar Rodriges, 5 (0:1),Tellur Mütəllimov, 16-avtoqol (1:1), Şafik Tiqrudja, 88 (1:2)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
“Kapital Bank Arena”