23 Dekabr 2024
Kateqoriyasız

Paralimpiya Komitəsinin vitse-prezidenti Afrika ölkəsinə səfər edib

18 may 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının vitse-prezidenti İlqar Rəhimov Syerra-Leone Paralimpiya Komitəsinin prezidentinin dəvəti ilə bu ölkəyə səfərə getmişdir.

Idmanxeber.az xəbər verir ki, səfərin məqsədi Syerra-Leone Respublikasında paralimpiya dəyərlərinin cəmiyyətə çatdırılması, görmə məhdudiyyətli və əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyası mövzusunda təcrübə mübadiləsi və əlilliyi olan şəxslər üçün idmanın inkişafında hökumətin iştirakını artırmaq üçün danışıqların aparılmasıdır. Eyni zamanda sosial layihələr, o cümlədən abilimpiya dəyərləri və hərəkatın inkişafı mövzusunda dəyirmi masalar təşkil ediləcəkdir.

Səfər zamanı İlqar Rəhimovun Syerra-Leone Respublikasının prezidenti cənab Julius Maada Vonie Bio, vitse-prezident, baş nazir, xarici işlər naziri, idman naziri, sosial müdafiə naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər şəxsləri, digər idman komitələrinin sədrləri və əlilliyi olan idmançılarla görüşlərin keçirilməsi planlaşdırılır. Səfər may ayının 22-dək davam edəcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43