İyunun 13-dən təlim-məşq toplanışına start verən “Zirə”nin hazırlıq planı bəlli olub.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyunun 23-nə qədər məşqlərini Bakıda keçəcək. 1 gün sonra Türkiyəyə yola düşəcək “qartallar” Bolu şəhərində “Vonresort” otelində məskunlaşacaq. “Zirə” bu müddətdə iki yoxlama oyunu keçirəcək.
İyulun 7-də Bakıya dönəcək “Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.