“Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın “sükanı arxasında” olacaq.
Yaşar Vahabzadə 1-ci divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.