Növbəti mövsüm birinci divizionda çıxış edəcək “Araz Naxçıvan”ın Türkiyə toplanışindakı iki rəqibi bəlli olub.
Klubun baş məşqçisi Azər Bağırov İdmanxeber.az-a bildirib ki, komanda ilk öncə Küveytin “Əl Ərəbi” klubu ilə qarşılaşacaq. Naxçıvan təmsilçisinin novbəti rəqibi isə Türkiyənin aşağı liqa təmsilçisi “1461 Trabzon” olacaq.
Qeyd edək ki, komanda hazırlığın ilk mərhələsini Naxçıvanda keçirəcək.