İtaliyanın paytaxtı Romada güləşçilərin U-20 Avropa çempionatı davam edir.
İdmanxeber.az xəbər verir ki, 5-cü gündə Azərbaycan daha iki medal qazanıb. Birgül Soltanova (62 kq) finalda almaniyalı Luisa Şelə 4:3 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Mərziyə Sadıxova isə bürünc medal uğrunda görüşdən qələbə ilə ayrılıb.
Bundan əvvəl qadın güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) bürünc mükafata yiyələnib. Hazırda Azərbaycan millisinin aktivində dörd qızıl, bir gümüş və dörd bürünc medal var.