Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Lex” matçında qeydə alınan azarkeş sayı bu mərhələnin ən yaxşısı olub.
İdmanxeber.az-ın məlumatına görə, görüşü 27 652 tərəfdar izləyib.
Ümumilikdə bu mərhələdə baş tutan 15 matçda 95 mindən çox tamaşaçı iştirak edib.
İkinci pillədə 20 022 tamaşaçı ilə “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı yer alıb. İlk “üçlüy”ü “Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) görüşü tamamlayıb – 17 347.
Qeyd edək ki, “Qarabağ” rəqibini 5:1 hesabı ilə məğlub edib. “Köhlən atlar” Poznandakı ilk oyunda minimal hesabla uduzub – 0:1.
bu