UEFA Avropa Liqasının qrup mərhələsində mübariz aparan ən yaxşı komandaların adlarını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Son 4 matçda qələbə qazanan Ağdam klubu birinci pillədə göstərilib. Siyahı komandaların yerli çempionat və avrokubokdakı nəticələrinə əsasən hazırlanıb.
“Köhlən atlar” keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.